HAQQIMIZDA

"Golden Glovv LTD" qabaqcıl şəbəkə operatorlarından və İnternet provayderlərindən biridir. Şirkət informasiya texnologiyaları sektorunda 2017-ci ildən fəaliyyət göstərir.

Şirkətimiz ölkə daxilində yüksək keyfiyyətli bütün növ müasir telekommunikasiya xidmətləri göstərir.. Göstərilən bütün telekommunikasiya xidmətləri ən son, yeni nəsil şəbəkə texnologiyaları əsasında, beynəlxalq standartlara uyğun şəkildə təşkil edilmişdir.

"Golden Glovv LTD" şirkəti RIPE NCC assosiasiyasının üzvüdür və həmçinin LIR (Local Internet Register) statusuna malikdir. RIPE NCC assosiasiyasına üzvlük şirkətimizə öz müştəriləri üçün global ip ünvan mənbələrini daha çevik və operativ sürətdə verməyə imkan yaradır.

İlk gündən seçmiş olduğumuz elastik tarif siyasətini saxlayaraq sifarişçilərimizə səmərəli qiymət/keyfiyyət nisbətini təklif etməkdə davam edirik.

Biz hər zaman müştərilərin suallarını cavablandırmağa, onlara lazımi məsləhətləri verməyə hazırıq. Günün 24 saatı, həftənin 7 günü fasiləsiz olaraq çalışan məlumat mərkəzimiz aldığınız xidmətlə bağlı istənilən problemlərin həllində, hər zaman sizlərlə birlikdə çalışmağa, sizlərə xidmət etməyə hazırdır!

ƏN QISA ZAMANDA SİZİNLƏ ƏLAQƏ SAXLANILACAQ

TƏŞƏKKÜR EDİRİK!

Xahiş edirik qeyd etdiyiniz ünvanla bağlı əlaqə saxlayasınız: +99412 310 38 38

TƏŞƏKKÜR EDİRİK!