FİBER OPTİK İNTERNET

Müasir dövrdə rabitəyə olan tələbat daim artır. İstifadəçilər rabitə xidmətlərinin sürətinin və keyfiyyətinin daima artmasında maraqlıdırlar.

Tipik kanallar, rabitə xətlərinin çox böyük olduğu şəraitdə və güclü yüklənmə zamanı sürət məhdudlaşdığı üçün çıxış yolu kimi daha müasir optik xətlərdən istifadə olunur. Onları elə belə də adlandırırlar – Rabitənin Lifli Optik Xətləri (RLO). Çox yüksək ötürmə tezlikləri hesabına informasiya bir neçə Tbit/saniyə sürəti ilə ötürülür. Optik lif dielektrikdir ki, nəticədə yüksək yanma riski olan müəssisələrdə belə xətdə yanğın ehtimalı tamamilə istisna olunur. Həmçinin RLO-nun istifadə müddəti mütəxəssislər tərəfindən minimum 20 il olaraq dəyərləndirilir. Bu eyni zamanda ev abunəçiləri bazarında yeganə texnologiyadır ki, bir paketdə yanlız konsepsiyanın həyata keçirilməsini deyil, həm də internetə giriş təmin edilir:

  1. İnternetə yüksəksürətli giriş,
  2. Telefon xətti olmadığı halda belə internetə giriş,
  3. Şəbəkə daxili 100 mbps-ə qədər məlumatların ötürməsində yüksək sürət,
  4. Simmetrik kanal (giriş sürəti çıxış sürətinə bərabərdir),
  5. Şəbəkənin maksimal etibarlılığı, rabitənin stabil olaraq yüksək ötürücülük keyfiyyətinə malik olması.
  6. İP telefon və fərdi virtual səs xidmətləri,
  7. Video nəzarət, Video konfrans, və digər video xidmətlər

QEYD - Fiber optik internet xidmətindən istifadə üçün aylıq ödəniş tarifləri eləcə də, məntəqəyə qədər fiber optik kabelin çəkiliş xərcləri individual (fərdi) olaraq müəyyən edilir. Siz, istənilən məntəqiniz üçün çəkiliş və aylıq xidmət xərclərini elektron müraciət, sorğu əsasında öyrənə bilərsiniz.
Əməkdaşlarımızın məntəqəyə baxış keçirməsi və xərclərin hesablanması tamamilə PULSUZdur! Sorğu üçün: sales@ggl.az

ƏN QISA ZAMANDA SİZİNLƏ ƏLAQƏ SAXLANILACAQ

TƏŞƏKKÜR EDİRİK!

Xahiş edirik qeyd etdiyiniz ünvanla bağlı əlaqə saxlayasınız: +99412 310 38 38

TƏŞƏKKÜR EDİRİK!