PEYK TV

Müassir dövrdə bir çox televiziya kanallarını müxtəlif formatlatda izləmə imkanları olsa da, məhz PEYK televiziyasının köməyi ilə daha çox sayda yüksək dəqiqlikli kanala açıq yayımda, ödənişsiz baxa bilərsiniz.
Müxtəlif mənbələrə görə, PEYK TV vasitəsi ilə HD görüntü keyfiyyəti ilə yayımlanan kanalların yayım keyfiyyəti adi rəqəmsal kanallardan 4-6 dəfə daha yaxşı olur.

image

Yüksək görüntü keyfiyyəti, açıq yayım, ödənişsiz izləmə!


Peyk televiziyasının əsas üstünlüklərindən biri görüntü və səs keyfiyyətidir. Bir çox kanallar artıq yüksək dəqiqlikli HD formatda və stereo səsdən istifadə etməklə yayımlanır ki, bu da sizə sevimli film və ya idman yayımından tam zövq almağa imkan verəcək.

Bir çox insanlar hələ də PEYK TV yayımının quraşdırılmasının bahalı bir təklif olduğuna inanırlar. Əslində isə bu tam olaraq belə deyil.
Əlbəttə ki, istədyiniz tezliyin quraşdırılması üçün bir sıra avadanlıqları əldə edərkən müəyyən məbləğdə xərcləriniz olacaq, lakin nəzərə alın ki, PEYK TV vasitəsi ilə yayımlanan kanallar ödənişsiz və açıq yayımlanan kanallardır.

Yəni hər hansı bir xidmət sahəsi üçün (məs. hotel) gələcəkdə əlavə xərclərdən azad olmuş olacaqsınız.

Nəzərə almalısınız ki, digər formatlı yayım üçün bu yayıma rəsmi icazəsi (lisenziya tələb olunur) olan hər hansı bir şirkət seçəcəyiniz kanallar qutusunu sizə mütəmadi aylıq ödəniş qarşılığında təqdim edəcəkdir və bu da öz növbəsində sizin aylıq xərclərinizi artıracaqdır.

PEYK TV yayımının aşağıda qeyd edilən bəzi üstünlüklərinə nəzər salmağınızı tövsiyyə edirik: 

- Yüksək görüntü və səs keyfiyyəti (bir çox kanalların HD yayımı);  

- Aylıq ödənişsiz, rəqəmsal formatda yüksək keyfiyyətli siqnal; 

- Qoşulacaq cihazların sayına heç bir məhdudiyyətin olmaması; 

- Seçəcəyiniz peykə uyğun olaraq ümumi kanal sayını artırmaq imkanı; 

- Əlavə avadanlıq tələb olunmadan birbaşa TV ilə bağlantı və izləmə; 

- Eyni şəbəkə ilə bir neçə peykin fərqli kanallarının vahid siyahıda yayımı; 

- Avadanlıq imkanlarınızdan asılı olaraq daxili özəl tanıtım kanalınız. 



Hətta ən ucqar yaşayış məntəqələrində belə öz müştəriləriniz üçün lazımi istirahət rahatlığını yarada bilərsiniz!

GGLAB "CHECK-UP" SERVICE

Xidmət bütövlükdə ümümi şəbəkənin müayinə və diaqnostikası üçün nəzərdə tutulmuşdur.
Birdəfəlik müayinə qiyməti 149.00 AZN təşkil edir.

İŞ ORTAQLARIMIZ

icon
Telefon:+99412 310 38 38
+99499 310 38 38
icon
Ünvan:

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1/10, AZ1075