Şirkət haqqında

"Golden Glow LTD" MMC 2017-ci ildə yaradılmışdır.
Ötən müddət ərzində müxtəlif layihələrin icrasını uğurla həyata keçirən şirkətimizin potensialı iş ortaqlarımıza rabitə və informasiya texnologiyaları sahəsində istənilən layihənin kompleks həllini təmin etməyə imkan verir.

image
image

"Golden Glow LTD" MMC

Biz komandamıza xüsusi diqqət yetiririk. Mühəndislərimiz daim müxtəlif sahələr və məhsullar üzrə təlim keçir və lazımi sertifikatlara malikdirlər.
Əsas fəaliyyət istiqamətləri İT avadanlıqlarının tətbiqi üzrə müəssisələrə xidmətlərin göstərilməsi, onun dəqiq tənzimlənməsi və sonrakı dəstək - İT autsorsinqidir.
Müxtəlif platformalarda müştərinin sorğusuna əsasən istənilən çətinlikdə ola biləcək layihələrin reallaşdırılmasında böyük təcrübəyə sahibik.

Tərəfimizdən həllərin hazırlanması pəşəkar mütəxəssislərlə çalışmanıza və avadanlıq istehsalçıları tərəfindən problemlərin həllinə zəmanətdir.
Şirkətimiz minimal sərmayə ilə mümkün qədər səmərəli olmaq üçün infrastrukturu inkişaf etdirmək və layihələndirmək yolu ilə fəaliyyətə yeni başlayan müəssisələrin ehtiyac və gözləntilərini qarşılamaq baxımından fəaliyyət göstərdiyi sahənin liderlərindəndir.
Mövcud infrastrukturu olan təşkilatlar üçün isə onun təhlilini, "zəif" nöqtələrinin müəyyən edilərək daha da modernləşdirilməsini təklif edə bilərik.

Missiyasımız

  • Biz inanırıq ki, vaxtı idarə etmək bacarığı və lazımı məlumatların mövcudluğu hər bir müəssisənin uğurunu müəyyən edir.
  • Biz bilirik ki, informasiya və telekommunikasiya texnologiyaları biznesinizə istehsal və təşkilati prosesləri optimallaşdırmağa, şirkətizin daxilində rəqəmsal mühit yaratmağa kömək edəcək unikal alətdir.
  • Biz əminik ki, bu alətlərin düzgün istifadəsi sizin vaxtınıza qənaet edərək maddi xərcləri əhəmiyyətli dərəcədə azaldacaq, iş prosesinə daha yaxşı nəzarət etməyə və mühüm qərarlar qəbul edərkən istənilən həcmdə məlumatla işləməyə imkan verəcəkdir.
  • Ən nəhayət bizim əsas missiyamız, müassir texnoloji yeniliklərdən istifadə etməklə "iş ortaqlarımızın" vaxtına və xərclərinə əhəmiyyətli dərəcədə qənaət edərək, onlara bizneslərinin fəaliyyətində innovativ həllər təklif etməkdir.

Sizin uğurlarınız, bizləri İT sahəsində hər zaman daha yaxşı həllər axtarmağa ruhlandırır!
Fəaliyyətimizin dörd əsas nüansı hər zaman diqqətimizdədir:

icon
Yüksək ixtisaslı mütəxəssislər

İnsan resursları hər qurumun əsas dəyəridir.
Hər bir işçi fərdi olaraq peşəkar olsa da, mühüm məqamlardan biri eyni vaxtda öz işinin ən yaxşılarından olan onlarla şəxsin eyni komanda da, birlikdə bir məram üçün çalışmasıdır.
Yüksək ixtisaslı mütəxəssislərimiz sayəsində, təklif etdiyimiz həllər ilə bu işdə çox iddialıyıq!

icon
Tərəfdaşlıq

Hər bir müştərimizə münasibətdə "Tərəfdaşlıq" prinsipi bizim üçün olduqca həlledicidir.
Əsas məqsədimiz təklif etdiyimiz həllərin iş ortaqlarımıza - Tərəfdaşlarımıza əlavə qazanc gətirməsidir.
Nəticə etibarı ilə, bizimlə müqaviləsi olan hər bir qurum bizim iş ortağımız, Tərəfdaşımızdır!

icon
Keyfiyyət və məsuliyyət

Biz müştəri qarşısındakı məsuliyyətimizi dərk edir və onların bizə göstərdiyi etimadı yüksək qiymətləndiririk.
Göstərdiyimiz xidmətlərin keyfiyyəti, bizimlə əməkdaşlığınız üçün Sizə zamanətimizdir!

icon
Səmərəlilik

Təqdim edilən xidmətlərin, həllərin maksimum dərəcədə səmərəliliyi üçün mövcud infrastrukturda daima innnovativ yeniliklərdən istifa etmək lazımdır.
Maksimum effektivlik üçün iş ortaqlarımızdan mütəmadi olaraq öz tövsiyyələrimizi əsirgəmirik!

GGLAB "CHECK-UP" SERVICE

Xidmət bütövlükdə ümümi şəbəkənin müayinə və diaqnostikası üçün nəzərdə tutulmuşdur.
Birdəfəlik müayinə qiyməti 149.00 AZN təşkil edir.

İŞ ORTAQLARIMIZ

icon
Telefon:+99412 310 38 38
+99499 310 38 38
icon
Ünvan:

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1/10, AZ1075