TELEFONİYA HƏLLƏRİ

Köhnə üsullar, yoxsa İP telefoniya?
Mini ATS yoxsa yeni texnologiyalar - hansı seçimı etmək lazımdır?

image

Mini ATS və IP telefoniya

Mini ATS şəhər telefon xəttinin giriş və çıxış zənglər üçün qoşulduğu şirkət daxili mərkəzi telefon xətləri şəbəkəsidir.
Bu əlaqə növü 20-ci əsrin 80-ci illərində icad edilmişdir. Şirkətlərin işçilərini ofis daxili mərkəzi telefon şəbəkəsinə qoşması lazım olduğu, lakin hər bir abunəçiyə ayrıca fərqli şəhər nömrəsi ayırmaq istənilmədiyi üçün belə bir ixtiraya ciddi tələb yaranmışdır.
Qeyd edilən texnologiyanın mühüm çatışmamazlıqlarından funksionalın zəngin olmaması, giriş zəngləri üçün qoşulması mümkün stasionar nömrələrin azlığı, eyni zamanda böyük qurumlarda daxili nömrələr üçün də bəlli məhdudiyyətlərin olmasını qeyd etmək olar.
Bütün qeyd edilən çatışmamazlıqlar sözsüz ki, özü ilə birlikdə yeni texnoloji ixtiraların yaranmasını labüd edirdi.

Nəhayət uzun illərdən sonra İP telefoniya mövcud "bazara" daxil oldu.
Son illərdə İP telefoniya sistemlərinin kütləvi şəkildə biznesin idarə edilməsində tətbiq edilməsinə baxmayaraq, ənənəvi telefoniya hələdə bir çox qurumlar tərəfindən istifadə edilməkdədir.

Bununla da hal-hazırda telefoniya həlləri dedikdə adətən iki təklif arasında seçim edilir: Mini ATS və İP Telefoniya.

Bəs fərqlər nələrdir və biznes sahibləri hansını seçməlidir?

Mini ATS seçimi hansı hallarda daha yaxşıdır?

Əgər sizə mövcud ofisiniz daxilində əməkdaşların əlaqələndirilməsi kifayətdirsə, daxil olan zənglərin sayı azdırsa və siz yeni filialların açılması haqqında düşünmürsünüzsə, eyni zamanda əlavə heç bir özəl funksionala ehtiyyac duyulmursa o zaman sizin üçün Mini ATS seçimi tam uyğun telefoniya həllidir.

Həmçinin nəzərə almalısınız ki, bu halda ATS sizin ofisiniz daxilində quraşdırılır və daxili telefonla təmin ediləcək hər bir əməkdaşın stasionar telefonu üçün ATS-ə qədər kabel çəkilişi də həyata keçirilmlidir.

Diqqətinizdə olsun ki, bu həll yolu ilə maksimum 120-yə qədər daxili nömrədən, 6 ədəd isə şəhər giriş nömrəsindən istifade etmək mümmükündür.

Qeyd edilənlərlə yanaşı bilməlisiniz ki, faktiki olaraq bütün Mini ATS sistemlərinin idarəedici interfeysi mövcud deyildir. Bu səbəbdən nasazlıq zamanı yalnız fiziki müdaxilə tələb edilir.

IP telefoniyadan istifadənin üstünlükləri:

icon
QURAŞDIRMA VƏ TEXNİKİ XİDMƏT

Quraşdırılması, mütəmadi olaraq yenilənməsi ənənəvi telefon sistemindən daha asan və rahatdır

icon
YÜKSƏK KEYFİYYƏTLİ RABİTƏ

Keyfiyyətli internet xidmətinin mövcüd olduğu zaman bağlantı, əlaqə, danışıq keyfiyyəti ən yüksək səviyyədə, kəsintisiz və stabil olur.

icon
ÇOXKANALLI ƏLAQƏ

100-dən çox əməkdaş eyni vaxtda telefonla danışdığı bir vaxtda şirkət gələn zəngləri cavablandırmaqla potensial müştərilərini itirməyəcək

icon
STATİSTİKA AXTARIŞI

Buraxılmış zənglər, zənglərin müddəti və cavab verən operator sistem tərəfindən qeydə alınır. İstədiyiniz zaman istəyinizə uyğun məlumat bazasından axtarış etməklə bütün məlumatları əldə edə bilərsiniz

icon
SƏSLİ MENÜ VƏ ÇEVİK YÖNLƏNDİRMƏ

Menü zəng edən potensial müştərilərin əmrlərinə cavab verir və zəngi istədiyiniz şöbəyə yönləndirir nəticədə heç bir halda zəng edən şəxs məlumatsız qalmır

icon
AVTOMATİK ZƏNG QEYDLƏRİ

Bütün zənglər mövcud avadanlıq bazasında avtomatik olaraq qeyde alınır. Zənglərin audio yazılarını bir kliklə dinləmək mümkündür.

Telefoniyanın qurulma proseduru

01Layihə öncəsi sorğu

Göndərmiş olduğunuz sorğu aidiyyatı şöbənin əməkdaşları tərəfindən qeyde alınır və bütün məqamların dəqiqləşdirilməsi üçün sizinlə görüs təyin edilir.

02İş planının tərtib edilməsi

Sizinlə görüşdən sonra görüləcək işlər - mühəndis layihəsi əsasında hazırlanaraq son təsdiq üçün sizə göndərilir. Göndərilmiş layihəni təsdiq etdiyiniz halda ümumi razılaşmadan sonra təyin olunmuş vaxtda işə başlanılır.

03Quraşdırma işlərinin aparılması

Layihə üzrə qeyd edilmiş bütün lazımı avadanlıqlar əldə edilir. Proqram təminatına düzəlişlər tələb olunan avadanlıqlar mütəxəssislərimiz tərəfindən sınaqdan keçirilir və quraşdırılması üçün təyin etdiyiniz ünvana gətirilir.

04Xidmətin təhvil verilmsəi

Son mərhələdə quraşdırma işlərindən sonra zənglərin marşrutlaşdırılmasının düzgünlüyü və bütün funksionalın düzgün işləməsi bir daha sınaqdan keçirilir. Uğurlu sınaqlardan sonra sifariş edilən xidmət təhvil verilmiş sayılır!

image

GGLAB "CHECK-UP" SERVICE

Xidmət bütövlükdə ümümi şəbəkənin müayinə və diaqnostikası üçün nəzərdə tutulmuşdur.
Birdəfəlik müayinə qiyməti 149.00 AZN təşkil edir.

İŞ ORTAQLARIMIZ

icon
Telefon:+99412 310 38 38
+99499 310 38 38
icon
Ünvan:

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1/10, AZ1075