Rəqəmsal dizayn rəsm kimidir, yalnız boyalar qurumur...!
2023-cü ilin statistikasına görə dünyada təxminən 6 milyard insan internetdən istifadə edir.
Hər gün istifadə etdiyimiz gözəl və funksional vebsaytları görmək bizim üçün adi hala çevrilib.
Loqo hər bir şirkətin simasıdır! Loqonun hazırlanması isə xüsusi olaraq şirkətə və onun məhsullarına diqqəti cəlb etmək məqsədi ilə şirkət tərəfindən hazırlanır və ya sifariş edilir.
Bu gün yayılmış yanlış fikir loqonun "emblem" olması ilə bağlıdır. İnsanlar arasında “emblem” adlanan məhfum, korporativ münasibətlərdə əmtəə nişanı adlanır.
Loqo haqqında başqa bir düzgün olmayan, lakin ümumi bir anlayış daha var: bu, "emblemin" şrift və "rəsm"dən ibarət olub simvola çevrilməsdir.
Loqo, şirkətin imicini daha yaddaqalan etmək üçün nəzərdə tutulmuş orijinal dizayn, şirkətin və ya şirkətin məhsullarının tam və ya qısaldılmış adının təsviridir. İdeal hazırlanmış loqo dizaynı şirkətin əsas fəaliyyətini ifadə etməlidir.
Loqo dizaynı çətin işdir. İmicinizin əsas elementinin yaradılmasına ciddi yanaşın və xərcləriniz öz bəhrəsini verəcəyindən şübhəniz olmasın.
Logonuzun işlənib hazırlanmasını və yaradılmasını əsl peşəkarlara həvalə edin.
Dizaynerə bir az sərbəstlik, kifayət qədər vaxt və mümkün qədər çox məlumat verməyə çalışın :)
Nəticədə sizə müxtəlif variantlar təklif olunacaq və sonda biz sizi tam qane edəcək variantı mütləq tapacağıq!
Korporativ üslub anlayışı 19-cu əsrin sonlarında yaranmışdır. Buna səbəb eyni sahədə fəaliyyət göstərən şirkətlərin sayının artması olub.
Onların sayı kritik səviyyəyə çatdıqda, markaları müəyyən etməklə bağlı çətinliklər başladı.
Korporativ üslub nədir?
Bu sualı rastlaşdığımız hər yüz təsadüfi insana versək, onlardan büyük əksəriyyəti loqonu xatırlayacaq.
Digər qismi isə bizə rəng sxemi, marka bloku, şüar və şrift dəsti kimi elementlər haqqında məlumat verəcəkdir.
Cavablar tam olarazq yalnış deyil lakin yenə də bütün bu cavablar tam hesab edilə bilməz, çünki əslində korporativ üslub anlayışı daha geniş bir məhfumdur.
Buraya həm vizual elementlər, həm də tanınan imici formalaşdıran, brendi müəyyən etməyə kömək edən, şirkəti və onun məhsulunu "xatırladan" digər komponentlər daxildir.
Hədəf auditoriyasını necə cəlb etmək, rəqiblərdən necə uzaqlaşmaq, alıcının yaddaşında necə qalmaq olar?
Əslində bu düşüncə olaraq olduqca sadədir! Korporativ dizayn və korporativ üslübdan istifadə etməklə.
Qeyd edilənlən brendinizin unikal simasını formalaşdıracaq və onu digər şirkətlərdən rahatlıqla fərqləndirməyə kömək edəcəkdir.
03
Veb dizayn / Saytların hazırlanması
Qısa da olsa Sizlərə ilk veb saytların yaranma tarixindən və gunumüzə qədər gəlinən yoldan danışmaq istərdik.
1991-ci ildə Tim Berners-Li ilk veb-saytı yaratdı. Sayt info.cern.ch ünvanında yeləşirdi və ilk səhifə sadə mətn və keçidlərdən ibarət idi.
Tim Berners-Li bu səhifəyə internetdən necə istifadə etmək, veb-səhifələri necə yaratmaq barədə məlumatlar daxil etmiş, həmçinin ümumi şəbəkə ilə bağlı digər tədqiqatlara keçidlər vermişdi.
Sayt Tim Berners-Tim-in işlədiyi CERN-də (Avropa Nüvə Tədqiqatları Təşkilatı) işçilər üçün daxili resurs idi. Lakin tez bir zamanda ictimaiyyətin də istifadəsinə verildi.
Yeri gəlmişkən, bu saytı hələ də ziyarət edə bilərsiniz: www.info.cern.ch
Bundan sonra getdikcə daha çox bənzər veb səhifələr görünməyə başladı. Bu saytların dizaynına gəlincə, əlbəttə ki, həmin zaman üçün bu əsas faktor deyildi.
Müvafiq dövr üçün "dizayn anlayışı" tıklana bilən mətni vurğulamaq üçün sadə ağ fon və mavi keçidlərdən ibarət idi.
Təxminən 33 il sonra...
2024-cü ildə dizayndan danışsaq, ən vacib xüsusiyyət onun "uyğunlaşma" - "adaptasiya" qabiliyyətidir. Minimalizm və düz dizayn üslubları bu günə qədər aktual olaraq qalmaqdadır, lakin artıq "yaxşı" veb-sayt dizaynının necə göründüyünə dair universal bir tərif yoxdur.
Ötən dövrlər ərzində çox sayda üslublar ortaya çıxdı. Onların hər biri özünəməxsus və maraqlıdır.
Gələcəkdə isə veb dizaynının hələ də təsəvvür edə bilmədiyimiz yeniliklərlə dolu olacağına şübhə yoxdur. Lakin gələcəkdə hansı üslubların pdaha çox opulyar olacağından asılı olmayaraq, yadda saxlamaq lazımdır ki, veb-dizaynın məqsədi həmişə eynidir - istifadəçilər üçün rahat, cəlbedici veb-saytlar və tətbiqlər yaratmaq.