İlon Maskdan inqilabi qərar: “Mobil rabitədən imtina edirəm”
09.02.2024
0
İlon Mask mobil rabitədən imtina etməyə hazırlaşır.
Bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib.
O, ünsiyyət üçün “X” sosial şəbəkəsindən istifadə etmək niyyətində olduğunu bildirib.
“Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və ancaq “X”dən yazışmalar, audio və video zənglər üçün istifadə edəcəyəm”, - deyə milyarder yazıb.
Ekspertlərin fikrincə bu addım “X”də yeni funksiyaları işə salmaq cəhdi ola bilər.
Qeyd edək ki, platforma rəsmi olaraq keçən ildən audio və video zənglər funksiyasını işə salıb. Yeniliyə əsasən, bütün hesablar zəngləri qəbul etmək imkanına malik olsa da, yalnız ödənişli tarif sahibləri özləri zəng edə bilərlər.